Şimali Koreya liderindən "Tottenhem"in oyunlarına qadağa

Şimali Koreya lideri Kim Yonqun maraqlı qadağalarından birinə idman yayımlarında imza atıb.
90plus.az xəbər verir ki, Şimali Koreya lideri "Tottenhem Hotspur"un oyunlarının ölkədə yayımlanmasını qadağan edib. Qadağa komandanın kapitanı Son Heung-Minin Cənubi Koreyalı olması səbəbindən tətbiq edilib.
Rejim düşmən olaraq gördüyü Cənubi Koreyalı futbolçuların oynadığı komandaların oyunlarının ölkədə yayımlanmasına icazə vermir. "Tottenhem"in kapitanı Cənubi Koreyanın ulduzu Son Heung-Min olduğu üçün bu qadağa çərçivəsinə daxildir.
Şimal Koreyada İngiltərə Premyer Liqasının oyunları adətən axşam saat 5-dən əvvəl, 26 milyon nəfər tərəfindən izlənir. Lakin, Kim Yonqunun göstərişi ilə, keçmiş rəqibləri Cənubi Koreyadan futbolçuların yer aldığı komandaların oyunları ölkədə yayımlanmır.
Şimal Koreyada oyun yayımları KCTV kanalında 90 dəqiqədən 60 dəqiqəyə endirilir və oyunlar xəbər bülletenlərindən əvvəl, oynandığı zamandan təxminən dörd ay sonra göstərilir.
Şimal Koreyada keçən mövsümdə Cənubi Koreyalı hücumçu Hvang Hi-Çanın oynadığı "Volverhempton Vanderers" və həmvətəni müdafiəçi Kim Ji-soonun forma geydiyi "Brentford"un oyunları da yayımlanma qadağası olan komandalar arasında olduğu bildirilib.
© Copyright 2025, All Rights Reserved