Şimali Koreya Premyer Liqaya yayım icazəsi verdi! Şərtlər üzünüzü güldürəcək!

Şimali Koreya prezidenti Kim Çen İn ölkədə İngiltərə Premyer Liqa oyunlarının yayımlanmasına icazə verib.
90plus.az xəbər verir ki, lakin onun aşağıdakı şərtləri mütləq yerinə yetirilməlidir:
1. Oyunlar canlı yayımlanmayacaq və yayımdan əvvəl redaktə olunacaq.
2. Hər oyunun müddəti 90 dəqiqədən 60 dəqiqəyə endiriləcək.
3. Stadionda ingilis dilindəki yazılar Koreya qrafikaları ilə örtüləcək.
4. Cənubi koreyalı futbolçularla bağlı bütün görüntülər çıxarılacaq. Bu siyahıya Son Hın Min ("Tottenhem"), Kim Ci-Su ("Brentford"), Hanq Hi-Çan ("Vulverhempton") daxildir.
5. LGBTQ+ simvolları göstərilən istənilən kadr silinəcək.
Qeyd: Bir neçə gün öncə Şimali Koreya rejimi “Tottenhem”in oyunlarının yayımına qadağa qoymuşdu. Buna sabəb o idi ki, qonşu Cənubi Koreyadan olan futbolçuların iştirak etdiyi heç bir matçın yayımına icazə vermirdi. Buu qərarın Hın-min Sona görə verildiyi də vurğulanmışdı.
© Copyright 2025, All Rights Reserved