Simeone Levandovskinin pərəstişkarıdır, onu istəyir

“Atletiko Madrid” Levandovskini azad agent kimi heyətinə qatmaq istəyir.
90plus.az xəbər verir ki, “Barselona”nın hücumçusu Robert Levandovski gələn yay karyerasında yeni səhifə aça bilər. İspaniyanın “SPORT” nəşrinin məlumatına görə, “Atletiko Madrid” baş məşqçisi Dieqo Simeonenin şəxsi istəyi ilə polşalı ulduzu transfer etmək niyyətindədir. Çünki Simeone Levanın pərəstişkarıdır.
Levandovskinin “Barselona” ilə müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır. Kataloniya klubu hazırda hücum xətti üçün yeni oyunçu axtarışındadır və 36 yaşlı forvarda yeni müqavilə təklif etməyi planlaşdırmır.
Madrid təmsilçisi daha əvvəl də oxşar addım ataraq “Barselona”dan müqaviləsi bitmiş futbolçuları — Luis Suares və David Vilyanı — heyətinə qatmışdı. İndi isə “Atletiko”nun növbəti hədəfi Levandovskidir.
Bununla yanaşı, “Milan”, eləcə də Səudiyyə Ərəbistanı və ABŞ klubları da hücumçu ilə maraqlanır. Lakin təcrübəli polşalı futbolçunun əsas arzusu “Barselona”da qalmaq və daha az maaşla belə komanda üçün mübarizəni davam etdirməkdir.
🇵🇱⚽️ Levandovski bu mövsüm “Barselona”nın heyətində La Liqada 8 oyunda 4 qol və 2 assistlə çıxış edib.
© Copyright 2025, All Rights Reserved