Simone İnzagi “Al Hilal”da!

"İnter"lə yollarını ayıran Simone İnzaqi “Al Hilal”ın yeni baş məşqçisi olur.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis Simone İnzaqi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Tanınmış insayder jurnalist Fabrizio Romano yazır ki, 49 yaşlı çalışdırıcı “Al Hilal” klubu ilə 3 illik müqavilə imzalamağa hazırlaşır.
Sazişin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir. Bu, Səudiyyə klubunun növbəti səs-küylü məşqçi transferi olacaq.
Simone İnzaqi 2021-ci ilin yayından “İnter”in baş məşqçisi idi. O, Milan təmsilçisinin sükanı arxasında kifayət qədər uğurlu dövr yaşadı. Bu müddətdə İnzaqinin rəhbərliyi altında “İnter”:
Bundan əlavə, İnzaqi komandanı 2 dəfə UEFA Çempionlar Liqasının final mərhələsinə daşıyıb və beynəlxalq səviyyədə də rəqabətə davamlı komanda formalaşdırıb.
© Copyright 2025, All Rights Reserved