Simone İnzagi rəsmən “Əl-Hilal”da!

Simone İnzagi rəsmən “Əl-Hilal”ın baş məşqçisi təyin olundu.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb.
49 yaşlı çalışdırıcının illik maaşı 26 milyon avro təşkil edir ki, bu da onu dünyanın ən yüksək maaş alan məşqçilərindən birinə çevirir.
Müqavilənin illik dəyəri 30 milyon avroya qədərdir. O, portuqaliyalı baş məşqçi Jorje Jesusu əvəzləyib. Jesus 2023/24 mövsümündə komandanı Səudiyyə çempionu etsə də, Asiya Çempionlar Liqasının yarımfinalında məğlubiyyətdən sonra vəzifəsindən azad edilib.
İnzagi “Əl-Hilal”da Joao Kanselo, Ruben Neves və Aleksandar Mitroviç kimi ulduzlarla işləyəcək. Amma “Mançester Yunayted”in kapitanı Bruno Fernandeş bu həftə “Əl-Hilal”dan aldığı cəlbedici təklifi rədd edib.
İnzagi “İnter”də keçirdiyi 4 il ərzində 1 Seriya A, 2 İtaliya Kuboku və 3 Superkubok olmaqla ümumilikdə 6 titul qazanıb.
“Əl-Hilal”ın yeni baş məşqçisi kimi İnzaginin ilk sınağı 18 iyun 2025-ci il tarixində ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında “Real Madrid”ə qarşı olacaq.
© Copyright 2025, All Rights Reserved