"Siti"nin oyunçusu mövsümü başa vurdu
"Mançester Siti"nin ulduz oyunçusu Rodridən komandaya pis xəbər gəldi.
90plus.az xəbər verir ki, "Arsenal" ilə keçirilən oyunda zədələnən "Mançester Siti" oyunçusu Rodrinin mövsümü başa vurduğu bildirilib.
Premyer Liqada "Mançester Siti"və "Arsenal" arasındakı qarşılaşmada zədələnən Rodrinin vəziyyəti məlum olub.
Pep Guardiolanın komandasının ən vacib hissələrindən biri olan Rodri oyuna davam edə bilməmişdi.
"MANÇESTER SİTİ"NİN ULDUZU MÖVSÜMÜ BAŞA VURDU
ESPN-də yer alan xəbərə görə, Rodrinin sağ dizində ön çarpaz bağların yırtılması müəyyən edilib. İspan oyunçunun mövsümü başa vurduğu bildirilib.
Rodri, bu mövsüm komandası ilə üç oyunda çıxış etmişdi.
© Copyright 2025, All Rights Reserved