Skalyoni: "Rafinyanı bağışlayıram"

Argentina millisinin baş məşqçisi Lionel Skalyoni təmkinli danışdı.
90plus.az xəbər verir ki, bu gün səhər Argentina öz meydanında Braziliyanı 4-1 hesabı ilə məğlub edib Dünya çempionatına vəsiqə qazandı. Oyundan əvvəl Rafinyanın Argentina haqqında təhqiramiz ifadələrinə qarşı ev sahiblərinin baş məşqçisi təmkinli danışdı:
"Mən Rafinyanı bağışlayıram. Ola bilsin ki, o, qazanmaq istəyindən bu cür ifadələr işlədib. Başa düşürəm. Bilirəm ki, o bunu qəsdən etməyib".
Maraqlı: Oyundan sonra Argentina millisi Rafinyanı paltardəyişmə otağına belə yola salır:
https://t.me/doxsanplus/100225
Qeyd: Rafinya oyundan əvvəl Romario ilə bununla bağlı danışmışdılar:
"Biz Argentina yığmasını məğlub edəcəyik, buna heç bir şübhə yoxdur. Lazım gələrsə, həm meydanda, həm də meydandan kənarda bunu edəcəyik".
Romario: "Qol vuracaqsan?".
Rafinya: "Bəli, hər şeyimi ortaya qoyacağam".
Romario: "Onları əzəcəyik?" (F...k edəcəyik?).
Rafinya: "Bəli, əzəcəyik".(F...k edəcəyik)
© Copyright 2025, All Rights Reserved