Əsl Ronaldo “Adanalı Ronaldo”ya: “Çox çirkinsən”
Kristiano Ronaldo ona bənzərliyi ilə özünü reklam edən "Adanalı Ronaldo" ilə qarşılaşıb və onlar arasındakı dialoq gündəm olub.
90plus.az xəbər verir ki, ötən gecə Səudiyyə Ərəbistanı Liqasında "Al Nassr 2 - 2 Al Şabab" oyununda Ronaldoya bənzəyən Gökmen Akdoğan Ronaldodan xoş söz eşitməyib. Dünya ulduzu zarafatla ona:
"Qardaşım sən mənə oxşamırsan, çok çirkinsən", söyləyib.
VİDEO: https://t.me/doxsanplus/99311
Türkiyəli sonradan ona cavab da yollayıb. "TRT Spor"a danışan Gökmen Akdoğan: "Canı sağ ol. Bundan öncəki matçda ona oxşadığımı deyirdi. Komanda yoldaşlarının - Brozoviçin, məşqçisinin yanına gedib mənə işarə edərək demişdi ki, oxşayır. Bu matçda psixologiyası ona bənzəmədiyini söyləmək istədi. Problem deyil, qoy, ictimaiyyət qərar versin".
© Copyright 2025, All Rights Reserved