Səlahət Ağayev “Qəbələ”də

Ötən mövsüm premyer liqanı tərk edən “Qəbələ” heyətinə qapıçı Səlahət Ağayevi qatıb.
90plus.az xəbər verir ki, 33 yaşlı qapıçı yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. Daha əvvəl 2022/2023 mövsümündə bu klubda çıxış edən Səlahətlə 1 illik müqavilə bağlandı.
Qeyd: Son klubu “Səbail” olan Ağayev karyerası ərzində Premyer Liqada “İnter", MOİK, “Sumqayıt”, “Neftçi”, “Sabah”ın da formasını geyinib.
© Copyright 2025, All Rights Reserved