Şlotterbekin 2 istəyi var: Ya “Bayern”, ya “Real Madrid”
Almaniyalı futbolçu Niko Şlotterbek “Bayern Münhen” və “Real Madrid” variantlarına açıqdır.
90plus.az xəbər verir ki, “Borussiya Dortmund”un mərkəz müdafiəçisi Niko Şlotterbek karyera seçimlərini dəyərləndirməyə başlayıb. Sky Sport Germany-nin məlumatına görə, alman futbolçu iki nəhəng kluba – “Bayern Münhen” və “Real Madrid”ə keçid ehtimalına müsbət yanaşır.
26 yaşlı müdafiəçinin Dortmundla müqaviləsinin başa çatmasına 18 ay qalıb. Bu səbəbdən onun agentləri artıq Avropada Şlotterbekin profilinə uyğun müdafiəçi axtaran klubların olub-olmadığını araşdırmağa başlayıblar.
“Real Madrid”də mərkəz müdafiə xəttində ciddi zədə problemi yaşanması fonunda Şlotterbek mümkün hədəflərdən biri kimi qiymətləndirilir. “Bayern Münhen” isə yerli futbolçu ilə heyət dərinliyini artırmaq niyyətindədir.
Dortmund klubunun mövqeyi hələlik bəlli deyil, lakin müqavilə müddətinin qısalması yaxın aylarda bu mövzunun daha da aktuallaşacağını göstərir.
© Copyright 2025, All Rights Reserved