Soboslay iki nəhəngin hədəfidir
“Real Madrid” və “Mançester Siti”nin hədəfi Dominik Soboslaydır.
90plus.az xəbər verir ki, “Real Madrid” və “Mançester Siti” orta sahəyə yeni güc qatmaq üçün Premyer Liqaya üz tutub. İspaniyanın AS nəşrinin məlumatına görə, hər iki nəhəng “Liverpul”un əsas oyunçularından olan Dominik Soboslayın transferi ilə maraqlanır.
Macarıstanlı yarımmüdafiəçi bu mövsüm göstərdiyi yüksək performansla Avropanın ən böyük klublarının diqqətini cəlb edib. “Liverpul” isə futbolçunun mümkün çıxışını istəmir və onu saxlamaq üçün yeni müqavilə təklif etməyə hazırlaşır.
Hazırda Soboslay klubdan həftəlik 120 min funt-sterlinq maaş alır. “Qırmızılar” onun oyunundan razıdır və müqavilənin yenilənməsi ilə həm maaşın artırılmasını, həm də uzunmüddətli planların gücləndirilməsini nəzərdən keçirir.
Soboslay “Liverpul”un 2024/25 mövsümündə orta xəttin aparıcı futbolçularından biri kimi çıxış edir və klub rəhbərliyi onun gələcəyini nəzarətdə saxlamaq üçün aktiv şəkildə çalışır.
© Copyright 2026, All Rights Reserved