Son çempion itkisiz davam edir - 6-da 6
90plus.az xəbər verir ki, NBA-də normal mövsümün həyəcanı davam edir. “Oklahoma Siti Tander” evdə “Vaşinqton Vizardz” komandasını 127:108 hesabı ilə məğlub edərək mövsümə itkisiz davam edib və 6 oyunda 6 qələbə qazanıb.
Son çempionun heyətində Şey Gildjəs-Aleksandr 31 xal və 7 asistlə oyunun ən məhsuldar oyunçusu olub. Ajay Mitçell və Ayzaya Co isə hərəyə 20 xal toplayıblar.
Bu mövsümdə 4-cü məğlubiyyətini alan “Vaşinqton Vizardz”da C.J. MakKollum 19, Bilal Kulibali isə 16 xalla komandasının ən yaxşıları olublar.
NBA-də günün digər nəticələri isə belə olub:
“Şarlotta Hornets” 107 – “Orlando Medjik” 123
“Milvoki Baks” 120 – “Qolden Steyt Uorriors” 110
“San-Antonio Spurs” 107 – “Mayami Hit” 101
© Copyright 2025, All Rights Reserved