Son Hın-Mini zorakılıqda ittiham etdi, özü həbs olundu
“Los-Anceles FC” futbolçusu Son Hın-Minə şantaj edən qadın həbs olundu.
90plus.az xəbər verir ki, MLS təmsilçilərindən “Los-Anceles FC” klubunun futbolçusu Son Hın-Minə şantaj edən gənc qadın 4 il həbs cəzası alıb.
Cənubi Koreyada 20 yaşlarında olan qadın ulduz futbolçudan hamilə qaldığını iddia edərək ona qarşı şantaj həyata keçirib. Lakin istintaqın gedişində bu iddianın həqiqəti əks etdirmədiyi məlum olub.
Məlumata görə, qadın bu müddətdə Son Hınn-Mindən 200 min dollar alıb və müxtəlif təhdidlər səsləndirib. AFP-nin xəbərində bildirilir ki, o, aldığı pulları lüks əşyaların alınmasına xərcləyib. İstintaqçılar qadının hamilə olmadığını təsdiqləyib.
Həmçinin, qadına bu prosesdə yardım etdiyinə görə 40 yaşlı bir kişi də cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarına əsasən, gənc qadın 4 il, onu müşayiət edən kişi isə 2 il həbs cəzası alıb.
© Copyright 2025, All Rights Reserved