Spaletti “Yuventus”un yeni baş məşqçisi olur
“Yuventus” rəhbərliyi baş məşqçi postuna Lusiano Spalettinin gətirilməsi ilə bağlı razılığa gəlib.
90plus.az xəbər verir ki, tərəflər arasında 2026-cı ilin iyununa qədər şifahi razılaşma əldə olunub. Müqavilədə bu mövsüm komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı halda avtomatik uzadılma bəndi də yer alıb.
Hazırda müqavilə sənədləri rəsmi imzalanmadan öncə hüquqşünaslar tərəfindən yoxlanılır.
Təcrübəli mütəxəssis yaxın günlərdə “Yuventus”un yeni baş məşqçisi kimi rəsmi şəkildə təqdim olunacaq.
© Copyright 2025, All Rights Reserved