"Ştutqart" "Atalanta"nın hücumçusuna "elçi düşdü"
"Ştutqart" "Atalanta"nın hücumçusu Bilal Ture ilə müqavilə bağlamağa hazırlaşır.
90plus.az xəbər verir ki, alman klubu futbolçu üçün qarşı tərəfə 18 milyon avro və hücumçu üçün isə 5 illik müqavilə təklif edib. Transferin yaxın zamanda açıqlanması gözlənilir.
Qeyd: Ture "Almeriya"dan "Atalanta"ya 25 milyon avroya transfer olunmuşdu. O, 2023-cü ildən bu klubun uğurları üçün çalışır.
© Copyright 2026, All Rights Reserved