“Ştuttqart” “Bayer”i əzdi-keçdi
"Ştuttqart” BayArenada “Bayer”i əzdi-keçdi, xalları bərabərləşdi:
4. Bayer Leverkuzen - 29 xal;
5. Ştuttqart - 29 xal
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasında "Bayer Leverkuzen” qış fasiləsindən sonra 2026-cı ilə əsl kabusla başladı. Qonaqların bütün dörd qolu ilk hissədə vurması Leverkuzen üçün vəziyyəti daha da ağırlaşdırdı.
Kasper Yulmandın komandası fasiləyə qədər faktiki olaraq məğlub edilmişdi. Qarşılaşmada “Ştutqart”ın əsas ulduzu Ceymi Lyuvelinq oldu:
Bayer Leverkuzen 1 - 4 Ştuttqart
Jeweling 7’ 51’
Mittelştat 29’
D. Undav 45+2’
Qrimaldo 66’ (pen)
Bu, “Ştutqart”ın Bundesliqada fasiləyə dörd və ya daha çox top fərqi ilə üstün yollandığı cəmi ikinci hal idi. Komanda daha əvvəl yalnız 1982-ci ilin sentyabrında “Nürnberq”lə oyunda ilk hissəni 5:0 öndə bitirmişdi (oyun da 5:0 hesabı ilə başa çatmışdı).
Bu qələbə ilə “Ştutqart” “Bayer Leverkuzen”ə qarşı 15 rəsmi oyundan ibarət qələbəsizlik seriyasına son qoydu. Bu, onların Bundesliqada istənilən bir kluba qarşı ən uzun aktiv qələbəsizlik seriyası idi.
© Copyright 2026, All Rights Reserved