Suarez daha bir il "İnter"də qalacaq
Uruqvaylı hücumçu Luis Suares və ABŞ-nin "İnter Mayami" klubu əməkdaşlığı daha bir il uzatmağa razılaşıb.
90plus.az xəbər verir ki, bu barədə "İnter Mayami"nin Mətbuat Xidməti klubun rəsmi saytında məlumat yayıb.
Məlumata görə, 37 yaşlı futbolçunun komanda ilə yeni müqaviləsi MLS-də 2025-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.
Qeyd: Suares "İnter Mayami"də 37 matçda 25 qol vurub və 12 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved