Səudiyyə Salah üçün meqa təklif hazırlayıb, maraqlı bəndlər var
Səudiyyə Ərəbistanı Pro Liqası növbəti sensasion transfer üçün hərəkətə keçib.
90plus.az xəbər verir ki, liqa nümayəndələri “Liverpul”un ulduzu Məhəmməd Salah üçün misilsiz təklif hazırlayıb.
İddialara əsasən, misirli superulduz Səudiyyəni seçəcəyi halda aşağıdakı şərtlərlə qarşılaşacaq:
• İstədiyi klubu seçmək imkanı
• İllik 170 milyon avro maaş və əlavə bonuslar
• Turizm elçisi statusu (illik gəlir 50 milyon avrodan çox)
• Transfer olacağı klubdan pay
• Transferlərdə və baş məşqçi seçimində söz sahibi olmaq
• İstədiyi ev və avtomobillərlə təminat
Bu paket Pro Liqanın ən böyük layihələrindən biri kimi dəyərləndirilir. Səudiyyə tərəfi Salahı liqanı qlobal miqyasda daha da tanıtmaq üçün əsas sima kimi görür.
ℹ️ Mənbə: Graeme Bailey
© Copyright 2025, All Rights Reserved