"Sumqayıt" Konqo millisinin üzvünü aldı
“Sumqayıt” FK 2025/26 mövsümü üçün heyətinə daha bir futbolçu əlavə edib.
90plus.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib ki, son olaraq Türkiyənin “Sakaryaspor” komandasında çıxış etmiş Konqo millisinin mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə mövsümün sonuna qədər, 2 illik uzatma şərti ilə müqavilə imzalanıb. O, komandaya azad agent statusu ilə qoşulub.
Qeyd: Fransanın “Lans” klubunun yetirməsi olan Nsana Simon karyerası ərzində “Lans”la yanaşı, İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” komandalarında da çıxış edib.
© Copyright 2025, All Rights Reserved