"Sumqayıt" "Sivasspor"un müdafiəçisini Azərbaycana gətirir

2025/2026 mövsümünə hazırlıqlarını davam etdirən “Sumqayıt” klubu heyətini gücləndirmək istiqamətində daha bir transferə imza atıb.
90plus.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Türkiyənin “Sivasspor” klubunda çıxış etmiş Samba Kamara ilə razılığa gəlib.
Mali əsilli 32 yaşlı müdafiəçi “Sumqayıt”a azad agent statusunda qoşulacaq. Onun transferinin yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir.
Xatırlatma: Kamara 2020-ci ildən “Sivasspor”un heyətində yer alıb. Lakin komanda Super Liqanı tərk etdiyinə görə futbolçu klubla yeni müqavilə imzalamayıb.
© Copyright 2025, All Rights Reserved