"Sumqayıt" Ukraynadan müdafiəçi aldı
“Sumqayıt” klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ukraynanın “Polissye” klubunda çıxış edən Danilo Beskorovaynini transfer edib. Bu barədə “kimyaçılar”ın mətbuat xidməti açıqlama yayıb.
Ukraynanın U-20 millisində forma geyinmiş futbolçu ilə bağlanan müqavilənin müddəti və digər şərtləri açıqlanmayıb.
Qeyd: 26 yaşlı müdafiəçi mövsümün ilk yarısında “Polissye”nin heyətində iştirak etdiyi 9 rəsmi qarşılaşmada 1 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved