"Sumqayıt" yeni futbolçunu heyətinə qatdı
“Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.
90plus.az xəbər verir ki, "Sumqayıt" klubu Xorvatiyanın “Qoritsa” komandasında çıxış etmiş futbolçu Nikola Vuynoviçi transfer edib. Oyunçu ilə 1+2 illik sözləşmə imzalanıb.
Futbolçu "gənclik şəhəri" təmsilçisinin heyətində 9 nömrəli formada çıxış edəcək.
Qeyd: "Sumqayıt" bu günə qədər Rəhim Sadıxov, Fernando Medeyros və Slavişa Radoviçi heyətinə qatıb
Mənbə: "Sumqayıt" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved