Super Mario “Al-İttifaq”da!
Mario Balotelli karyerasında yeni səhifə açır — 2.5 illik müqavilə ilə "Al-Ittifaq"a keçdi.
90plus.az xəbər verir ki, italiyalı hücumçu Mario Balotelli rəsmi olaraq Birləşmiş Ərəb Əmirliklərinin Dubai şəhərini təmsil edən "Al-İttifaq" ilə 2,5 illik müqavilə imzalayıb.
Balotellinin yeni klubu ilə razılığı jurnalist Gianluca Di Marzio tərəfindən təsdiqlənib. Təcrübəli futbolçu 9 yanvar 2026-cı il tarixində Dubaya uçaraq yeni komandasına qatılacaq və 12 yanvar 2026-dan etibarən müqaviləsi rəsmi şəkildə qeydiyyata alınacaq.
Super Mario son olaraq "Cenoa" ilə keçirdiyi uğursuz dövrdən sonra uzun müddət klub tapmamışdı. İtalyan hücumçu yalnız 6 matçda iştirak edib və qol vura bilməmişdi.
"Al-Ittifaq" ilə Balotellinin müqaviləsi hələlik rəsmi olaraq təsdiqlənməsə də, Sky Sport və digər mənbələr tərəflər arasında razılığın əldə olunduğunu bildirib. Bu transfer futbolçunun Avropa kənarında yeni bir təcrübə əldə etməsinə imkan verəcək.
Bu keçid Balotellinin karyerasında 14-cü klub səviyyəsində transferi olacaq və veteran hücumçu yeni mühitdə özünü yenidən sübut etməyə çalışacaq.
ℹ️ Hazırda "Əl-İttifaq" BƏƏ-nin ikinci divizionunda çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved