Superkubok finalında dəyişiklik: Arda Gülər start heyətindən çıxarıldı
İspaniya Superkubokunun finalında “Real Madrid”in “Barselona”ya qarşı oyununda start heyətində son anda dəyişiklik edilib.
90plus.az xəbər verir ki, Arda Gülər ilkin heyətdə yer alsa da, daha sonra siyahıdan çıxarılıb və onun yerinə Qonsalo Qarsiya start heyətinə daxil edilib.
Bu dəyişiklikdən sonra “Real Madrid”in hücum xəttinə Qonsalo Qarsiya liderlik edəcək. Kilian Mbappe isə qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayacaq.
Taktiki düzülüşdə də dəyişikliklər edilib. Rodriqo sağ cinahda çıxış edəcək, Vinisius Junior isə sol cinahdakı mövqeyini qoruyacaq.
Xabi Alonsonun bu qərarı El Klasiko öncəsi müzakirələrə səbəb olub və gənc futbolçulara göstərilən etimad diqqət çəkib.
© Copyright 2026, All Rights Reserved