“Səyyah” forvardın yeni ünvanı bilinib

“Komo” Alvaro Morataya rəsmi təklif göndərib – transfer yaxınlaşır.
90plus.az xəbər verir ki, İtaliya klubu “Komo” ispan hücumçu Alvaro Morata ilə bağlı rəsmi təklif irəli sürüb. Razılaşmaya yaxın mənbələrin bildirdiyinə görə, danışıqlar artıq başlayıb və tərəflər yay transferi üçün fəal təmasdadır.
Moratanın “Qalatasaray”dan ayrılması dəqiqləşib. Qısa müddət İstanbul klubunda çıxış edən 32 yaşlı futbolçunun daha əvvəl adı yenidən “Milan”la hallansa da, bu variant artıq gündəmdə deyil və o, “rossoneri” ilə davam etməyəcək.
Tanınmış transfer eksperti Fabrisio Romano məsələ ilə bağlı məlumat verib:
“Komo” Alvaro Morataya rəsmi təklif göndərib, danışıqlar başlayıb. O, “Qalatasaray”dan ayrılır və “Milan”da qalmayacaq. Müqavilə üzrə işlər davam edir".
O həmçinin əlavə edib:
“Morata artıq “Komo” layihəsinə “bəli” deyib. O, bu keçidə açıqdır və “Qalatasaray”ı tərk etmək planı var.”
Hazırda “Milan” və “Qalatasaray” arasında oyunçunun transfer detalları ilə bağlı danışıqlar aparılır. Moratanın növbəti ünvanı böyük ehtimalla yenidən İtaliya olacaq.
Qeyd: Təcrübəli hücumçu daha əvvəl “Yuventus” və “Milan”da çıxış etmiş, bu klublara isə “Atletiko Madrid”dən gəlmişdi.
İngiltərə, İspaniya və İtaliyada oynamış 32 yaşlı forvard futbol karyerasında artıq “səyyah” imici qazanıb və bu yay yenidən İtaliyada forma geyinməyə çox yaxındır.
© Copyright 2025, All Rights Reserved