Tahir Gözəldən "Neftçi"yə: "Xahiş edirik..."
"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.
90plus.az xəbər verir ki, Ağdam klubunun rəhbəri "Neftçi" ilə keçiriləcək oyunun təxirə salınması üçün müraciət etdiklərini bildirib:
"Qrafikimiz çox sıxdır və çətindir. 'Neftçi' ilə daim əlaqədəyik. Xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlara aiddir. Hər bir qərarlarına böyük hörmətlə yanaşacağıq", — deyə Tahir Gözəl qeyd edib.
VİDEO: https://t.me/doxsanplus/114137
Qeyd: "Qarabağ" fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la, fevralın 21-də isə "Neftçi" ilə qarşılaşacaq. Ayın 24-də isə Ağdam klubunu İngiltərə səfəri gözləyir.
© Copyright 2026, All Rights Reserved