“Düzdür, “Bodo Qlimt” güclü komandadır. Ancaq “Qarabağ” da uğursuzluq seriyasını artıq qırmalıdır. Məncə, dönüş nöqtəsi məhz, bu oyun olacaq”.
90plus.az xəbər verir ki, bunu aktyor-ssenarist Taleh Yüzbəyov deyib.
O, “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində “Bodo Qlimt”lə (Norveç) matçından gözləntilərini açıqlayıb. Yüzbəyov bildirib ki, son oyunlardakı məğlubiyyətinin səbəbi yeni sistemdir:
“Hazırda “Qarabağ” ölkəmizi Avropada təmsil edən əsas klubdur. Amma böyük komandalar belə - “Real”dan “Mançester Siti”sinə kimi hələ yeni formata müəyyən qədər uyğunlaşa bilməyiblər. Fikrimcə, “Qarabağ”ın son oyunlardakı uğursuzluğunun birbaşa səbəbi budur. Ümid edirəm ki, bu tilsim qırılacaq və biz maraqlı bir oyun, uğurlu nəticə görəcəyik. Fikrimcə, “Qarabağ” 2:1 hesabı ilə qalib gələcək”.
Qeyd: “Bodo Qlimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45 başlayacaq.
Mənbə: idman.biz
© Copyright 2024, All Rights Reserved