Adnan Əhmədzadə AFFA-ya rəsmi müraciət edib.
90plus.az xəbər verir ki, tanınan iş adamı I Liqada mübarizə aparan “Mingəçevir”ə sponsorluq etmək istəyir. O, bölgə təmsilçisini inkişaf etdirmək, Premyer Liqaya yüksəltmək, ən əsası, infrastrukturunu yaxşılaşdırmaq niyyətindədir.
Əldə etdiyimiz məlumata görə, Əhmədzadəyə “Kəpəz”i himayəyə götürmək təklif olunub. Lakin o, hər şeyə sıfırdan başlamaq üçün tam yeni bir komanda formalaşdırmaq istəyir. Bu səbəbdən uzun illərdir elitada olmayan Mingəçevir təmsilçisini seçib.
Mənbə: Futbolinfo.az
© Copyright 2025, All Rights Reserved