Tedesko: “Hakimlər əla iş gördülər”

Tedesko: “Hakimlər çox yaxşı iş gördülər”.
90plus.az xəbər verir ki, “Fənərbağça”da debüt oyununa çıxan baş məşqçi Domeniko Tedesko Superliqada “Trabzonspor” üzərindəki 1:0 hesablı qələbəni dəyərləndirib.
Almaniyalı mütəxəssis görüşdən sonra hakimlərin idarəçiliyini yüksək qiymətləndirib:
“Qoldan əvvəlki qayda pozuntusu açıq-aşkar idi. Hakimlər çox yaxşı iş gördülər. Bütün bu ab-havaya baxmayaraq əllərindən gələni etdilər. Belə vəziyyətlər hakimlər üçün həmişə asan olmur, amma məncə çox yaxşı iş gördülər. Atmosferə fikir vermədən qərar verdilər”.
Qeyd edək ki, həmin qarşılaşmada hakimlik “Trabzonspor” tərəfinin ciddi narazılığına səbəb olub.
Həmçinin oxu: https://90plus.az/trabzonspordan-turk-hakimliyin-srt-tnqid/xeber/
© Copyright 2025, All Rights Reserved