Ter Ştegen “Beşiktaş”a doğru…
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qarşıdakı qış transfer pəncərəsində əsas mövzulardan birinə çevrilə bilər. İnsayder Ekrem Konurun məlumatına görə, İstanbul təmsilçisi “Beşiktaş” 33 yaşlı qolkiperə konkret maraq göstərir.
90plus.az xəbər verir ki, Türkiyə klubu ter Ştegeni qapıda təcili güclənmə üçün uyğun variant kimi görür və “Barselona”ya rəsmi icarə təklifi göndərib.
Mənbələrin bildirdiyinə görə, ter Ştegen İspaniya La Liqasında qalmağa üstünlük verir və daha az nüfuzlu çempionata keçməyə meylli deyil.
Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir. Onun klubla müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir. Transfermarkt portalına əsasən futbolçunun bazar dəyəri 7 milyon avro olaraq qiymətləndirilir.
Həmçinin oxu: https://90plus.az/hansi-flik-ter-stegenin-glcyi-il-bagl-dansd/xeber/
© Copyright 2025, All Rights Reserved