Ter Ştegen: “Daniela mənə xəyanət etməyib”
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya mediasında boşandığı həyat yoldaşının ona xəyanət etməsi ilə bağlı yayılan xəbərlərə əsəbiləşib.
90plus.az xəbər verir ki, o, İnstagram hesabında bu barədə açıqlama yayıb:
"Əzizlərim, Catalunya Radio & 3Cat Qrupunun idarəçiliyindən və nəzarətsizliyindən məyus və şok olduğumu bildirmək istəyirəm. Jurnalist Juliana Canet, Roger Carandell və Marta Montaner yalançıdır, onlar yanlış məlumat yayaraq mənim həyat yoldaşım Daniela və onun ictimaiyyətdəki imicini təhqir ediblər.
Daniela mənə qarşı vəfasız olmayıb, bundan söz belə gedə bilməz. Üçüncü şəxs yoxdur. Bu, faktdır.
Dediyimiz kimi Dani və mən qarşılıqlı anlaşaraq yollarımızı ayırmaq qərarına gəlmişik. Hökumət media mənsubunun belə bir məlumat yayması, Danielanın haqsız olaraq ittihamlara və şəxsinə hücumlara məruz qalması qəbuledilməzdir.
Dəymiş zərəri düzəltmək mümkün deyil. Təşəkkürlər".
Həmçinin oxu: https://www.90plus.az/ter-stegen-yoldasndan-ayrld/xeber/
© Copyright 2025, All Rights Reserved