Ter Ştegen “Qalatasaray”da!

Türkiyənin “Fanatik” nəşrinin məlumatına görə, Almaniyalı qapıçı Mark-Andre ter Ştegen “Qalatasaray”la şəxsi razılığa gəlib.
90plus.az xəbər verir ki, hazırda “Barselona” ilə 2028-ci ilə qədər müqaviləsi olan ter Ştegenin klubdakı mövqeyi son vaxtlar gələcəyi ilə bağlı suallar yaradıb.
“Fanatik” rəsmi hesabında yazır: “Qalatasaray ter Ştegenlə razılıq əldə edib. İndi ‘Barselona’ ilə danışıqlara başlanılacaq”. Klubun əsas məqsədi qapıçını azad transferlə heyətinə qatmaqdır.
“Qalatasaray” onu 14 ildən sonra komandadan ayrılan Fernando Musleranın yerinə təcrübəli əvəzləyici kimi görür və yüksək maaş təklif etməyə hazırdır.
Bundan əlavə, “Espanyol”dan Joan Qarsiyanın heyətə qatılması gözlənilir. Polşalı qapıçı Voytsex Şesnı də ehtiyat variant kimi gündəmdədir. Bu səbəbdən “Barselona”nın maaş yükünü azaltmaq üçün ter Ştegenin ayrılmasına müsbət yanaşa biləcəyi ehtimal olunur.
© Copyright 2025, All Rights Reserved