Ter Ştegen yoldaşından ayrıldı
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen həyat yoldaşı Daniela Jehle ilə ayrılıb.
90plus.az xəbər verir ki, bu barədə qolkiper öz sosial şəbəkə hesablarında paylaşım edib.
O, evliliklərini bitirmək qərarına gəldiklərini və bunun onlar üçün ən doğru seçim olduğunu bildirib:
“Dərin düşüncələrdən sonra Dani ilə yollarımızı ayırmağa qərar verdik. Bu, əlbəttə ki, asan seçim olmadı. Ancaq hər ikimiz inanırıq ki, bu, bizim üçün ən yaxşı addımdır. İndi əsas məqsədimiz övladlarımızın xoşbəxtliyi və onların sevgi dolu, sabit bir mühitdə böyüməsini təmin etməkdir. Valideyn olaraq birlikdə hərəkət etməyə və hər zaman bir-birimizə hörmət və minnətdarlıqla yanaşmağa davam edəcəyik.”
Qeyd: Mark-Andre və Daniela 2017-ci ildə ailə həyatı qurmuşdular.
© Copyright 2025, All Rights Reserved