Tiaqo Silva “Portu” ilə anlaşdı
Tiaqo Silva “Portu”ya qayıdır – razılaşma 2026-cı ilə qədərdir.
90plus.az xəbər verir ki, braziliyalı təcrübəli müdafiəçi Tiaqo Silva karyerasını Avropada davam etdirməyə hazırlaşır. Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, futbolçu Portuqaliyanın “Portu” klubu ilə razılıq əldə edib.
Tiaqo Silva son olaraq çıxış etdiyi “Fluminense” ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və bundan sonra planlaşdırdığı kimi Avropaya qayıdıb.
Məlumata əsasən, “Portu” ilə imzalanacaq müqavilə 2026-cı ilin iyununa qədər qüvvədə olacaq. Razılaşmada həmçinin müqavilənin 2027-ci ilin iyununa qədər uzadılması üçün opsiya da nəzərdə tutulub.
40 yaşlı müdafiəçi zəngin təcrübəsi ilə “Portu”nun müdafiə xəttinə liderlik etməsi üçün transfer edilib.
© Copyright 2026, All Rights Reserved