Tiaqo Silvanın oğlundan maraqlı ölkə seçimi - Braziliyanı seçmədi
Braziliya futbolunun əfsanələrindən biri olan Tiaqo Silvanın 14 yaşlı oğlu Yaqo Silva futbol karyerasında sürpriz bir addım atıb.
90plus.az xəbər verir ki, Braziliya yığmasında 113 oyun keçirmiş atasının izindən gedən gənc futbolçu İngiltərənin U-15 milli komandasının “Sent Corc Park”dakı təlim-məşq toplanışına dəvət alıb.
Braziliyada doğulan, lakin atasının 2020-ci ildə “Çelsi”yə keçidindən sonra Londonda böyüyən Yaqo yaşayış statusuna görə İngiltərəni təmsil etmə hüququ qazanıb.
Gənc futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bunu “xüsusi bir an” kimi dəyərləndirib.
Tiaqo Silva karyerasını davam etdirmək üçün “Fluminense”yə qayıdsa da, oğlu “Çelsi” akademiyasında qalaraq öz yolunu formalaşdırmağa qərar verib.
Əgər Yaqo bu istiqamətdə davam etsə, Silva ailəsinin növbəti nəsli Braziliyanın sarı formasını deyil, İngiltərənin mavi formasını geyinə bilər.
© Copyright 2025, All Rights Reserved