Ticani Reinders rəsmən “Mançester Siti”də

"Mançester Siti” Ticani Reindersin “Milan”dan transfer olunduğunu rəsmi şəkildə açıqladı.
90plus.az xəbər verir ki, 26 yaşlı Niderland millisinin yarımmüdafiəçisi klubla 2030-cu ilə qədər – beşillik müqavilə imzalayıb.
Klubun açıqlamasında deyilir:
“Hamımız Ticanini “Siti”də salamlamaqdan çox məmnunuq və ona burada uğurlar arzulayırıq.”
Transferlə bağlı danışan Reinders klub mediasına bunları deyib:
”Mançester Siti” dünyanın ən böyük klublarından biridir – ən yaxşı məşqçi, dünya səviyyəli futbolçular və mükəmməl infrastruktur.
Pep Qvardiolanın rəhbərliyi altında “Siti” çoxsaylı titullar qazanıb və mən də qarşıdakı illərdə bu uğurları davam etdirmək üçün əlimdən gələni edəcəyəm.”
“Bu mənim üçün əla fürsətdir. Mən Pepi hələ “Barselona”da Lionel Messi ilə birlikdə işlədiyi vaxtdan izləyirəm.
Onun komandalarının İspaniyada necə oynadığı və bu üslubu “Siti”yə necə gətirdiyi məni ciddi şəkildə bu kluba keçməyi düşünməyə vadar etdi.
Futbolçu kimi inkişaf etmək, daha da tam bir yarımmüdafiəçiyə çevrilmək istəyirəm. Futbol – kuboklar qazanmaq üçündür və mən “Siti” ilə mümkün qədər çox titul əldə etməyə ümid edirəm.”
Reinders həmçinin komandanın oyun üslubuna uyğun olduğunu bildirib:
“Hər kəs bilir ki, “Mançester Siti” meydanda rəqibə üstünlük qurmağa və hücum futbolu oynamağa çalışır. Bu stil mənə tam uyğundur.
Mən “box-to-box” yarımmüdafiəçisiyəm – müdafiədən hücuma keçid qurmağı, hücumları dərinlikdən başlatmağı və hücumçulara ötürmələrlə şans yaratmağı sevirəm. Bəzən qollar vurmağa da çalışıram,” – deyə Reinders bildirib.
© Copyright 2025, All Rights Reserved