“Topçular” “Yeni Maldini” ilə razılaşdı
“Arsenal” Rikkardo Kalafiori transferi üçün “Bolonya” ilə razılıq əldə etdi.
90plus.az xəbər verir ki, "Topçular" bu transferə bonuslar daxil 45 milyon avro xərcləyəcək. “Bolonya” ötən ilin yayında heyətinə qatdığı oyunçunun satışından qazanacağı məbləğin 50 faizini “Bazel” klubuna ödəyəcək və növbəti satışdan da pay haqqına sahib olacaq.
İtaliya millisi ilə Avropa çempionatında parlaq perfomans göstərən 22 yaşlı mərkəz müdafiəçi Arsenal ilə 5 illik müqavilə imzalayacaq və illik maaşı 4 milyon avro olacaq.
Mənbə: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved