“Tottenhem”ə 3 baş məşqçi namizədi var
“Tottenhem” yeni baş məşqçi üçün üç namizədi müəyyənləşdirib.
90plus.az xəbər verir ki, “Tottenhem” rəhbərliyi növbəti mövsüm üçün yeni baş məşqçi axtarışlarını davam etdirir. Klub artıq bu vəzifə üçün üç əsas namizəddən ibarət qısa siyahı hazırlayıb.
Məlumata görə, London təmsilçisinin əsas hədəfləri Maurisio Poçettino və Roberto De Zerbi hesab olunur. Klub rəhbərliyi yayda bu mütəxəssislərdən birini komandanın sükanı arxasına gətirməyi planlaşdırır.
Poçettino “Tottenhem” azarkeşlərinə yaxşı tanışdır. Argentinalı mütəxəssis daha əvvəl də London klubunu çalışdırıb və komanda onun rəhbərliyi altında Çempionlar Liqasının finalına qədər irəliləmişdi. Roberto De Zerbi isə son illərdə hücum futbolu ilə diqqət çəkən məşqçilərdən biri kimi tanınır.
Digər mümkün namizəd isə hazırda Macarıstanın “Ferentsvaroş” klubunu çalışdıran Robbi Kin ola bilər. Bildirilir ki, əgər “Tottenhem” mövsümün sonunda Çempionşipə düşərsə, klub keçmiş futbolçusunu baş məşqçi kimi nəzərdən keçirə bilər.
Qeyd: “Tottenhem” rəhbərliyi yeni mövsümə qədər komandanın baş məşqçisi ilə bağlı yekun qərar verməyi planlaşdırır. Məlumatı “GiveMeSport” yayıb.
© Copyright 2026, All Rights Reserved