“Tottenhem” böhranda: 13 oyundur qələbə yoxdur
İngiltərə Premyer Liqasının 31-ci turunda “Tottenhem” doğma meydanda “Nottingem Forest”ı qəbul edib.
90plus.az xəbər verir ki, görüş qonaq komandanın üstünlüyü ilə keçib və “Nottingem Forest” 3:0 hesablı qələbə qazanıb. Qolları 45-ci dəqiqədə İqor Jesus, 62-ci dəqiqədə Morqan Gibbs-Uayt və 87-ci dəqiqədə Tayvo Avoniyi vurub.
Bu nəticədən sonra “Tottenhem”in Premyer Liqadakı uğursuz seriyası davam edib. London təmsilçisi artıq 13 oyundur qələbə qazana bilmir və turnir cədvəlində təhlükəli zonaya yaxınlaşıb.
Hazırda “Tottenhem” 30 xalla 17-ci pillədə qərarlaşıb və düşmə zonasından cəmi 1 xal öndədir. “Nottingem Forest” isə 32 xalla 16-cı sıraya yüksəlib.
Komandada baş məşqçi dəyişikliyi də vəziyyəti yaxşılaşdırmayıb. Yeni çalışdırıcı İqor Tudorun rəhbərliyi altında “Tottenhem” uğursuz nəticələrini davam etdirir. Son məğlubiyyət isə klubdakı böhranı daha da dərinləşdirib.
Qeyd: “Tottenhem” UEFA Çempionlar Liqasında da uğursuz çıxış edərək 1/8 final mərhələsində “Atletiko Madrid”ə məğlub olaraq turnirlə vidalaşıb.
© Copyright 2026, All Rights Reserved