"Tottenhem" brazilyalı futbolçu transfer etdi
“Tottenhem” klubu heyətini Joan Viktor de Souza ilə gücləndirib.
90plus.az xəbər verir ki, London təmsilçisi 19 yaşlı sol cinah müdafiəçisini Braziliyanın “Santos” klubundan transfer etdiyini rəsmən elan edib. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Daha əvvəl yayılan xəbərlərə əsasən, transferin maliyyə dəyəri 13 milyon funt sterlinq olub.
Qeyd: Joan Viktor 2025 mövsümündə Braziliya çempionatında 24 matçda meydana çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved