"Tottenhem" Madrid klubundan ingilis futbolçunu Londona gətirdi
“Atletiko”nun yarımmüdafiəçisi Konor Qallager “Tottenhem”ə keçidini rəsmiləşdirmək üçün tibbi müayinədən keçib.
90plus.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano xəbər verib.
Onun sözlərinə görə, Qallager “Tottenhem”də tibbi baxışı uğurla tamamlayıb və London klubu ilə 5,5 illik müqavilə imzalayacaq.
Daha əvvəl bildirilmişdi ki, “Tottenhem” 25 yaşlı futbolçunun tam transferi üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd: Konor Qallager cari mövsümdə İspaniya La Liqasında 19 oyuna çıxıb və 2 qol vurub. İngiltərəli yarımmüdafiəçi Çempionlar Liqasında isə 6 qarşılaşmada 1 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved