“Tottenhem”dəki dövrümdən zövq almıram” Frank
"Tottenhem"in baş məşqçisi Tomas Frank klubdakı ilk aylarının çətinliklərindən danışaraq, hazırda klubdakı dövründən həzz almadığını, lakin uzunmüddətli təcrübə baxımından optimist qaldığını etiraf edib.
90plus.az xəbər verir ki, ardıcıl uğursuz nəticələrdən sonra azarkeşlərin təzyiqi ilə üzləşən Frank "Brentford" ilə 0-0 bitən oyunda səfər azarkeşlərinin "darıxdırıcı, darıxdırıcı Tottenhem" şüarlarını eşitməli olub.
Tomas Frankın açıqlamaları belədir:
"Qısa cavabım xeyrdir [öz dövrümdən həzz almıram]. Hadisələrə kənardan baxanda düşünürəm ki, böyük bir keçid dövründə olan bu möhtəşəm kluba rəhbərlik etmək bir imtiyazdır. Mənə dedilər ki, klubun rəhbərliyində səkkiz nəfər dəyişib.
Klubun 140 illik tarixində heç vaxt bu qədər böyük keçid dövrü və bu qədər çox dəyişiklik olmayıb, lakin potensial çox böyükdür. Bu da işin bir parçasıdır. Gələcəkdə geriyə baxıb 'nə böyük bir öyrənmə təcrübəsi idi' deyəcəyimi gözləyirəm. İndi isə o anlardan həzz alıram.
Böyük bir güc sərf etməli olduğunuzda, işlər rəvan getməyəndə və çətin olanda, bundan həzz almaq yəqin ki, qeyri-mümkündür. Sizə bir misal çəkim: bərk qaçıramsa, o andan həzz almıram. Amma bilirəm ki, dözmək və irəli qaçmaq lazımdır ki, formaya düşüm və ya yarışı qazanım.
Biz elə bir vəziyyətdəyik ki, bu mərhələni keçmək üçün var gücümüzlə çalışmalı və dözməliyik. Sonra geriyə baxanda bu dövrün bizi gələcək üçün daha güclü edən böyük bir təcrübə olduğunu düşünəcəyik.
Bu, qətiyyən bir marafondur. Görünür, mən hazırda bu marafonun ən ağır milini (məsafəsini) qaçıram. Amma başımı aşağı salıb davam etməliyəm," — deyə Tomas Frank bildirib.
© Copyright 2026, All Rights Reserved