"Tottenhem"in braziliyalısı adını ilk üçlüyə yazdırdı
"Tottenhem"in hücumçusu Rişarlison İngiltərə Premyer Liqasında 100 qolun (73 qol və 27 məhsuldar ötürmə) vurulmasında birbaşa iştirak edən üçüncü braziliyalı futbolçu olub.
90plus.az xəbər verir ki, bu göstərici XXX turun "Liverpul"la oyunu (1:1) zamanı qeydə alınıb. Sambaçı 90-cı dəqiqədə fərqlənib.
Rişarlison bu göstərici üzrə yalnız Roberto Firmino (82 qol və 50 məhsuldar ötürmə) və Qabriel Jezusdan (78 qol və 40 məhsuldar ötürmə) geri qalır.
Bu matçdan sonra "Liverpul" İngiltərə Premyer Liqasında turnir cədvəlində 5-ci, "Tottenhem" isə 16-cı pillədə yer alıb.
© Copyright 2026, All Rights Reserved