"Tottenhem"in futbolçusu üçün mövsüm bitdi
İngiltərənin “Tottenhem” klubunda ciddi itki baş verib.
90plus.az xəbər verir ki, London təmsilçisinin əsas oyunçularından biri, Vilson Odober zədələnib.
Fransalı vinger Premyer Liqanın 26-cı turunda “Nyukasl”la (1:2) oyunda xəsarət alıb. Odoberin dizində ön çarpaz bağ qopub.
21 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq və mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.
Qeyd: “Tottenhem” Vilson Odoberi 2024-cü ilin yayında “Börnli”dən 30 milyon avroya transfer etmişdi. Fransa U-21 millisinin üzvü bu mövsüm Premyer Liqa klubunda 33 rəsmi matçda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved