"Tottenhem"in məşqçisi atasını itirdi - Matçdan sonra bildi
İngiltərə Premyer Liqasında “Tottenhem”in “Nottingem Forest”ə 0:3 hesablı məğlubiyyətindən sonra komandanın baş məşqçisi İqor Tudor üçün kədərli hadisə yaşanıb.
90plus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyundan sonra atasının vəfat etdiyini öyrənib. Bu səbəbdən Tudor matçdan sonra keçirilən mətbuat konfransına qatılmayıb.
Onun əvəzinə köməkçi məşqçi jurnalistlərin qarşısına çıxaraq vəziyyətin şəxsi səbəblərlə bağlı olduğunu bildirib.
Qeyd: “Tottenhem” üçün çətin günlər davam edir. Komanda həm uğursuz nəticələrlə üzləşir, həm də baş məşqçi İqor Tudor şəxsi həyatında ağır itki yaşayıb.
© Copyright 2026, All Rights Reserved