“Tottenhem” onu baş məşqçi gətirir

”Tottenhem” baş məşqçilik mövqeyi üçün Tomas Frank ilə görüşür.
90plus.az xəbər verir ki, 51 yaşlı danimarkalı mütəxəssis özü də "Tottenhem”in başına keçməyə müsbət yanaşır.
"Tottenhem" cümə günü qəfil qərarla Postekoqlunu vəzifəsindən azad etdi – baxmayaraq ki, avstraliyalı keçən ay Avropa Liqasını qazanaraq klubun 17 illik kubok həsrətinə son qoymuşdu.
Rəhbərlik sürətlə hərəkətə keçərək "Brentford"u bu mövsüm Premyer Liqada 10-cu yerə çıxaran danimarkalı məşqçi Frankı təyin etməyə çalışır.
"Fulhem"in baş məşqçisi Marko Silva və "Bornmut"un çalışdırıcısı Andoni Iraola da namizədlər arasında olsa da, Frankın son 4 il ərzində "Tottenhem"im dördüncü daimi baş məşqçisi olması gözlənilir.
BİO: Frank 2018-ci ildə "Brentford"a qoşulub və üç ildən az müddətdə komandaya Premyer Liqaya yüksəlməkdə kömək edib. O vaxtdan bəri isə "Brentford"u Premyer Liqada möhkəmlənmiş klub halına gətirib.
Danimarkalı məşqçi artıq 25 yaşlı Bryan Mbeumonu da özü ilə Şimali Londona gətirmək istəyir və "Tottenhem" "Mançester Yunayted"in kamerunlu vingerlə bağlı planlaşdırdığı transferini pozmağa çalışır.
Bu isə "Spörs" rəhbərliyinə ümumilikdə 70 milyon funt sterlinqə başa gələ bilər – Frank üçün təxminən 10 milyon funt, Mbeumo üçün isə 60 milyon funt.
📰: Fabrizio Romano; The Sun
© Copyright 2025, All Rights Reserved