“Tottenhem”in qapıçısı Antonin Kinski tənqidlərə cavab verdi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko Madrid”ə səfərdə 2:5 hesabı ilə məğlub olan “Tottenhem”də qapıçı Antonin Kinski uğursuz çıxışı ilə gündəmə gəlib.
90plus.az xəbər verir ki, görüşə start heyətində başlayan 22 yaşlı qolkiper ilk 17 dəqiqə ərzində qapısında 3 qol gördükdən sonra baş məşqçi tərəfindən əvəzlənmişdi.
Matçdan sonra gənc qapıçıya həmkarlarından dəstək mesajları gəlib. “Real Madrid”in qapıçısı Tibo Kurtua da Kinskiyə “Instagram” vasitəsilə mesaj yazaraq ona dəstək olduğunu bildirib.
Antonin Kinski isə baş verənlərdən sonra sükutunu pozub. Çexiyalı futbolçu “Instagram” hesabında paylaşım edərək belə yazıb: “Dəstək mesajlarınıza görə təşəkkür edirəm. Röyadan kabusa, yenidən röyaya.”
© Copyright 2026, All Rights Reserved