Totti Qasperiniyə xəbərdarlıq etdi!

"Roma" əfsanəsi Françesko Totti doğma klubunun yeni baş məşqçisi Can Piero Qasperini haqqında fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Totti Qasperinin uğur qazana biləcəyinə əmin olmadığını bildirib:
“Optimist olub-olmadığımı bilmirəm; bunu zaman göstərəcək. Romada baş məşqçi olmaq üçün güclü xarakterə sahib olmaq lazımdır. Qasperini özünü təsdiq etməyi bacarmalıdır.”
O, həmçinin keçmiş baş məşqçi Klaudio Ranyerinin ötən mövsümdəki fəaliyyətini yüksək qiymətləndirib:
“Ranyeri ötən mövsüm əla iş gördü. Ona yalnız təşəkkür edə bilərik ki, hər zaman önə çıxaraq Romaya Avropaya dönüş yolunu göstərdi.”
Totti Ranyerinin peşəkarlığını vurğulayaraq, onun İtaliya milli komandasının baş məşqçi vəzifəsinə namizədliyini dəstəklədiyini qeyd edib.
Xatırlatma: Can Piero Qasperini bu yaxınlarda "Atalanta" klubundan ayrılaraq "Roma" ilə üç illik müqavilə imzalayıb. O, Atalanta ilə 2024-cü ildə UEFA Avropa Liqasını qazanaraq klubun tarixində ilk böyük titulunu əldə etmişdi.
"Roma" rəhbərliyi Qasperinin təyinatını klubun Çempionlar Liqasına dönüş hədəfinin bir hissəsi kimi qiymətləndirir.
© Copyright 2025, All Rights Reserved