Totti yenə futbolçu olacaq
48 yaşlı Françesko Totti futbolçu həyatına dönə bilər.
90plus.az xəbər verir ki, Totti özü bu barədə deyir: “Həyatda heç vaxt heç vaxt deməməlisən. Keçmişdə elə futbolçular var ki, karyerasını başa vurduqdan uzun illər sonra geri qayıdıblar.
A Seriyasında oynamaq üçün çox yaxşı məşq etməliyəm. Bu yaxınlarda A Seriyasının bəzi klubları mənimlə əlaqə saxladılar.
Bu bir ay əvvəl baş verdi və ağlıma bəzi fikirlər gətirdi. Öz-özümə dedim: Necə olur ki, bu qədər ildən sonra yenə də məndən soruşurlar? 2 aya hazır olacağam”.
Mənbə: Betsson Sport
© Copyright 2026, All Rights Reserved