"Trabzonspor" Sikanı satdı
“Anderlext” hücum xəttini yeni transferlə gücləndirib.
90plus.az xəbər verir ki, Belçika təmsilçisi “Trabzonspor”un futbolçusu Danilo Sikanı heyətinə qatıb. Bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.
Belə ki, “Anderlext” 24 yaşlı hücumçu üçün Türkiyə klubuna 4 milyon avro ödəyib. Sika ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə bağlanıb.
Xatırlatma: “Trabzonspor” Danilo Sikanı 2025-ci ilin yanvarında “Şaxtyor”dan 6 milyon avroya transfer etmişdi. Ukrayna millisinin üzvü cari mövsümdə Super Liqa klubunun heyətində keçirdiyi 16 rəsmi qarşılaşmada 4 dəfə fərqlənib və 1 qol ötürməsi edib.
© Copyright 2026, All Rights Reserved